ən sadə

this is elementary / no problem * в элементе (элементарно, запросто, нет ничего проще)
ən məxvi
ən yaxşı (böyük) hissə
OBASTAN VİKİ
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Sadə efirlər
SADƏ EFİRLƏR — üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə — qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Sadə islimilər
Sadə islimilər — kiçik ölçülü piçəklərin (spiralların) sonunda və böyük ölçülü piçəklərin çevrə gəzişində yerləşən butavari, sadə formalı (bəzəksiz) islimilərə deyilir.
Sadə simisifuqa
Sadə süjet
Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir. Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur. Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə. Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir: düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs; rahatlıq yaradan obyektlərin alınması; ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs; gəlin, yaxud kürəkən axtarışı; klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs. Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür. Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989 Кербелите Б.П. — Типы народных сказок.
Sadə ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Sadə qarğaotu
Sadə qarğaotu (lat. Actaea simplex) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Sadə firmiana
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Sadə qız (Buqro)
Sadə İngilis Vikipediyası
Sadə İngilis Vikipediyası ingilis dilinin əsas səviyyəsində yazılmış onlayn ensiklopediya olan Vikipediyanın ingilis dilli versiyasıdır. 18 sentyabr 2001-ci ildə yaradılmışdır. Bir çox məqalələr İngilis Vikipediyasındakı eyni məqalələrdən daha qısadır. Kimsə mürəkkəb ingilis dilində bir fikri başa düşə bilmirsə, Simple English məqaləsini oxuya bilər. 2003-cü ildə Sadə İngilis Vikipediyası səhifələr yaratmağa və dəyişikliklərə icazə verməyə başlayanda İngilis Vikipediyasında artıq 150.000 məqalə var idi. Sadə İngilis Vikipediyasında 199.206 məqalə var. Sadə İngilis Vikipediyası 2020-ci ilin dekabrına olan ən böyük 50-ci Vikipediyadır.
Sadə ədədlərin tənhalığı
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Ən-Nasir
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı. 47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.
Sadə ədədlərin tənhalığı (film, 2010)
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Dünyaların ən yaxşıları
Dünyaların ən yaxşıları (ing. Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur. Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları” Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir. Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, Supermenin Fleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır. Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir.
Dünyanın ən yaxşıları

Məarrat ən-Numan
Məərrət ən-Nöman (ərəb. معرة النعمان‎) — Suriyada şəhər, İdlib mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 58.008 nəfərdir.
Məarrat ən-Nöman
Məərrət ən-Nöman (ərəb. معرة النعمان‎) — Suriyada şəhər, İdlib mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 58.008 nəfərdir.
Məərrət ən-Nöman
Məərrət ən-Nöman (ərəb. معرة النعمان‎) — Suriyada şəhər, İdlib mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 58.008 nəfərdir.
Nimr ən-Nimr
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959, Əl-Avamiyyə[d] – 2 yanvar 2016, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı. Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir. Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub.
İbn ən-Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
İbn ən-Nəfis
Əli ən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.